Naxçıvan regional informasiya mərkəzi

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi 05 oktyabr 2010-cu il tarixdə istifadəyə verilmişdir. Muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud şəxslərin informasiya texnologiyaları vasitəsilə sosial reablitasiyası Mərkəzin əsas fəaliyətini təşkili edir. Hazırda Mərkəzdə brayl kitabxana, eşitmə qabiliyyəti məhdud şəxslər üçün elektron kitabxana, görmə qabiliyyəti məhdud şəxslər üçün audio kitabxana xidməti, kinekt oyunlar və intellektual oyunlar otağı, mövcuddur. Burada gözdən əlillər üçün brayl displeylər, sürətli internet, oxu materialını böyüdən avadanlıqlar, həmçinin yazı formatında olan kitabları səsləndirən oxu maşını, audiokitabxana fondunu zənginləşdirmək üçün audiostudiya, subtitrli filmləri nümayiş etdirmək üçün kinozal fəaliyyət göstərir.





.jpg)



