Gözdən əlil insanların iqtisadi hüquqlarının dəstəklənməsi” Masaj Peşə Reabilitasiya məktəbi
DinləLayihə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən Böyük Britaniyanın “Oxfam” Beynəlxalq Humanitar Təşkilatının dəstəyi ilə 2005-2008-ci illərdə icra edilmişdir. Layihə müddətində 55 nəfər I və II qrup görmə üzrə əlilliyi olan şəxs masaj peşəsinə yiyələnmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə özəl və dövlət səhiyyə müəssisələrində işlə təmin edilmişlər. Layihənin uğurlu davamlılığı Az.GƏC-in dövlət qurumları ilə əməkdaşlığı nəticəsində təmin edilmişdir. 2017-ci ildən etibarən Dövlət İmtahan Komissiyası tərəfindən Bakı 1 saylı Tibb Kollecində I və II qrup görmə üzrə əlilliyi olan şəxslər üçün açılmış “İdman və Müalicəvi masaj” ixtisası üzrə qəbul həyata keçirilir. Hal-hazırda “İdman və Müalicəvi masaj” ixtisası üzrə kolleci bitirən məzunlar dövlət və özəl səhiyyə müəssisələrində işlə təmin olunurlar.