Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Bakı tədris istehsalat müəssisəsi

Keçmiş possovet məkanında Respublikanın yüngül sənaye məhsullarının 17 %-ni Az.GƏC istehsal etmişdir. Belə ki, AzGƏC–in nəzdində faəliyyət göstərən Bakı Tədris İstehsalat Müəssisəsinin istehsalat sahələrini
- Şampan zavodunun (şampan üçün tıxac və qapaqların istehsalı);
- Kondisioner zavodunun (kondisioner istehsalatında kiçik detalların istehsalı və işçi qüvvəsi) bir hissəsi;
- Xırda məişət əşyaları (duzqabılar, elektrik yuva və tıxacları, salfet qabları, pəncərə toru və s.);
- Kiçik tekstil (dəsmal, yataq dəstləri, pərdə,corab və s.);
- Kauçuk istehsalatında (milçəkqıran, palazçırpan, uşaqlar üçün kauçuk oyuncaqlar və s.);
- Karton istehsalatında (karton kağız qutular, bağlamalar və kağız kuloklar və.s);
- Tikinti materiallarının istehsalı sahəsində isə (mebel istehsalı, mismar, qapı-pəncərə məntəqələri, müxtəlif qəliblər və s.)
- Xalçaçılıq (müxtəlif xalça, kilim, palaz və.s .)
əhatə edirdi. Bütün bu istehslat nümunələri AzGƏC-in arxivində qorunmaqdadır.
Sovet hakimiyyəti dövründə aktiv fəaliyyət göstərən Az.GƏC-in istehsalat sahələri hazırda istifadəsiz qaldığı üçün qəzalı vəziyyətdədirlər. Görmə üzrə əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi sosial adaptasiyasının və cəmiyyətə inteqrasiyasının bərpası istiqamətində böyük təcrübəyə malik Az.GƏC-in fəaliyyətinin davamlılığının təmin edilməsi üçün donor təşkilatların dəstəyinə və onun ya büdcədən maliyyələşməsinə ehtiyac vardır.






.jpg)


