Atributlarımız

Atributlarımız
Dinlə

Mus: İqbal Ağayev

Söz: Qiya Paçxataşvili

ZÜLMƏTDƏN GƏLƏN İŞIQ (HİMN)

Qara rəngli işıqla biz dünyaya gəlmişik,

Gələndə ağlasaq da, bəxtimizə gülmüşük...

Sağlam ruhlarımızla bədbinliyi silmişik,

Böyüyəndə dostu da, düşməni də bilmişik.

Brayl əlifbasıyla həyat dərsi almışıq.

Barmağımızda gözlər sabaha yol salmışıq.

Nə olsun ki, haçansa köməksiz yaranmışıq:

Hərəmiz nur dənəsi - zülmətdən gələn işıq.

Millət dərdi yaşayan azad Vətəndaşlarıq,

Yağılara tuşlanmış ölüm saçan daşlarıq.

Düşünən beyinlərik, nur daşıyan başlarıq...

Şəhidlərin qanına qarışan göz yaşlarıq.

Brayl əlifbasıyla həyat dərsi almışıq.

Barmağımızda gözlər sabaha yol salmışıq.

Nə olsun ki, haçansa köməksiz yaranmışıq:

Hərəmiz nur dənəsi - zülmətdən gələn işıq.

Gözlə yox, qəlbimizlə eşqimizi demişik,

Halal çörəyimizi təmənnasız yemişik.

Vətənə şair, alim, bəstəkarlar vermişik,

Yağını lənətləyib, dostları çox sevmişik.

                                                   10.11.2019