Cəmiyyət haqqında
Səmyar Abdullayev Az.GƏC-in Məclisi tərəfindən 30 avqust 2002-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti vəzifəsini icra edir.
Səmyar Abdullayev rəhbərlik etdiyi müddət ərzində Az.GƏC tərəfindən gözdən əlil vətəndaşlarının sosial rifahı naminə bir çox genişmiqyaslı layihələr uğurla həyata keçirilmiş, onların problemlərinin aradan qaldırılması üçün hər bir şərait yaradılmışdır.
Reyhan Cəfərova 2002-ci ildən etibarən isə Azərbaycan Gözdən Əlillər Cəmiyyətində işə başlamışdır. Hal-hazırda Az.GƏC-in vitse-prezidenti və “Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədridir.
O, gözdən əlil insanların adaptasiya, inteqrasiya və abilitasiya problemləri istiqamətində onlarla geniş miqyaslı və uğurla nəticələnən innovativ layihələrin müəllifi və icraçısı olmuş, respublikada xüsusi qayğıya ehtiyacı olan gözdən əlil vətəndaşlar üçün müyəssər iş yerlərinin tətbiqi sahəsində böyük nailiyyətlərə imza atmışdır.
Portalımız vasitəsilə reabilitasiya, abilitasiya, inteqrasiya, məşğulluq, təchizat, psixoloji, müyəssərlik, hüquqi və sair problemlər istiqamətində dəstək eldə edə bilərsiz.
Görmə imkanları məhdud insanların sosial rifahı naminə uğurla icra olunan layihələr
Görmə imkanları məhdud insanları birləşdirən vahid elektron portal
BİZ KİMİK
Azərbaycan Korlar Cəmiyyəti indiki Azərbaycan Gözdən Əlillər Cəmiyyəti (bundan sonra Az.GƏC adlanacaq) 1931-ci ildən fəaliyyət göstərir, nüfuzlu əlil təşkilatı olmuş və ölkənin sosial-iqtisadi həyatında önəmli yer tutmuşdur. Belə ki, cəmiyyətin hazırda 25 mindən çox gözdən əlil üzvü vardır. 27 regional təşilatı, Brayl İnformasiya Resurs Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı Tədris İstehsalat Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyəti olan Az.GƏC gözdən əlil vətəndaşların sosial rifahı naminə onlarla genişmiqyaslı və uğurlu layihələrə imza atmış,onların həyat tərzinin müsbət yöndə formalaşması,adaptasiya və inteqrasiya problemlərinin həlli yolunda böyük nailiyyətlər əldə etmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə “Görmə imkanları məhdud şəxslərin İKT-yə sərbəst çıxışının təmin edilməsi” layihəsi çərçivəsində Naxçıvan MR, Gəncə və Yevlax şəhərlərində İnformasiya Resurs Mərkəzləri inşa edilmiş və hazırda ƏƏSMN-nin tabeliyində fəaliyyət göstərən Bakı şəhəri, Zabrat qəsəbəsində “Gözdən Əlillər üçün Reabilitasiya Mərkəzi” tikilmişdir. Sözügedən bu xüsusi müəssisələrin açılışında şəxsən Möhtərəm Prezident Cənab İlham Əliyev iştirak etmişdir.
Missiyamız
Görmə imkanları məhdud insanlar üçün elektron portal “Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək” və “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliklərinin birgə əməkdaşlığı nəticəsində fəaliyyət göstərir. Portal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə yaradılmışdır.
Elektron Portalın əsas məqsədi görmə üzrə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, onların fiziki, əqli potensiallarının üzə çıxarılmasına dəstək olmaqdan ibarətdir.
Yaradılmış elektron portaldan nəinki Azərbaycanda, o cümlədən bütün dünyada yaşayan görmə üzrə əlilliyi olan şəxslərin istifadə edə biləcəyi nəzərdə tutulur.
Gələcəyə baxış
Görmə imkanları məhdud şəxslər üçün elektron portal-hər bir görmə imkanı məhdud olan şəxsin sərbəst şəkildə izləyə, dinləyə, ünsiyyət qura bilərcəyi, psixoloji, hüquqi, pedaqoji, tibbi, sosioloji, humanitar dəstəkləri ala və verə biləcəyi, Azərbaycan və digər dilləri dəstəkləyən səs sintizatorları ilə idarə olunan bir portaldır.