38 nömrəli uşaq musiqi məktəbi

38 nömrəli uşaq musiqi məktəbi
Dinlə

Gözdən  əlil   uşaqlar   üçün   38   nömrəli   uşaq     musiqi   məktəbi  1980 -cı   ildə    Azərbaycan   Korlar  Cəmiyyətinin  təşəbbüsü  ilə  “ixtisaslaşdırılmış  Uşaq   Musiqi  məktəbi “ adı  altında   Cəmiyyətin   nəzdində  fəaliyyətə  başlamışdır. Məktəbin  ilk  direktoru  Respublikanın  “Əməkdar   Mədəniyyət   işçisi”, tarzən   Murtuz   Eynulla   oğlu   Mehtiyev   olmuşdur .

Azərbaycan  Korlar  Cəmiyyəti  Mərkəzi  İdarəsinin  23 may  1980-ci  il  tarixli, 103 nömrəli  əmrinə  əsasən  Murtuz  Mehtiyev  yeni  fəaliyyətə  başlayan  məktəbə  direktor  təyin  edilmişdir.

1993-cü  ildə  məlum  hadisələr  nəticəsində Korlar  Cəmiyyətinin  iqtisadi  durumunun  ağırlaşması  ilə  əlaqədar, məktəb öz  fəaliyyətini  dayandırmaq  təhlükəsi  ilə  üzləşdi. Sabiq sədr  A.Zeynalovun  xüsusi  təşəbbüsü  və  sabiq mədəniyyət  naziri Polad  Bülbüloğlunun  köməyi  sayəsində  məktəb  Bakı  Şəhər  Mədəniyyət  və Turizm  İdarəsinin  tabeçiliyinə  verildi. 

M.E.Mehtiyevin  vəfatından  sonra, Əliyev  Əsab  İspəndiyar  oğlu  məktəbə  direktor  təyin  edilmişdir.  Musiqi məktəbi 2008-ci   ilin   yanvar   ayının   5-də  Azərbaycanın   Birinci   xanımı   Mehriban   xanım  Əliyevanın  iştirakı  ilə  müəllim  və  şagirdlərin  istifadəsinə  verildi. Mədəniyyət  və  Turizm  idarəsi  tərəfindən   isə  məktəbə  mebel  avadanlığı, musiqi  alətləri  verildi.  İlk  dəfə  olaraq  Azərbaycan  dilində  brayl şrifti  ilə  gözdən  əlil  uşaqlar  üçün  musiqi  dərsliklərinin  çapına  başlanılmışdır. Nazirliyin  maddi  dəstəyi  ilə  şagirdlər  Türkiyədə  keçirilən “Gülen  cocuq” Festivalında (2008-ci il)  və  İstanbulda  keçirilən ( 2011-ci il)  türkdilli  dövlətlərin kültür  festivalında çıxış  etmişlər. Mədəniyyət  və  Turizm  İdarəsinin  29 oktyabr  2009-cu  il  tarixli  100  nömrəli əmrinə  əsasən 38 saylı  Uşaq  Musiqi  məktəbi  11 illik  təhsil  sisteminə  keçmişdir. Bakı Şəhər Mədəniyyət  və  Turizm  İdarəsinin  köməkliyi  sayəsində  məktəbin  işiq,  qaz, su, və  telefon xətləri  yenidən çəkilmiş, məktəbə kompüter  dəsti və  musiqi  mərkəzi verilmişdir.

Məktəbin   əsas  şagird   kontinqenti   Respublika  Gözdən   Əlil  Uşaqlar   üçün    Orta  internat  məktəbinin  şagirdləridir. Musiqi  məktəbi  öz  dərs  cədvəlini  internat  məktəbinin  dərs  cədvəlinə  uyğun  qurur . (Hər 2  məktəb  binası  bir  həyətdə  yerləşir).

Məktəbdə  3 şöbə  fəaliyyət  göstərir: Xalq  çalğı  alətləri, Nəzəriyyə  və  Fortepiano  şöbələri.

Məktəbin ümumi  sahəsi 209 kv.m ,olmaqla  12  sinif , 1 kitabxana , qəbul  otağı  və  direktor  kabinetindən  ibarətdir.

video-poster