Danışan Kitabxana

Layihə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən Böyük Britaniyanın “Oxfam” Beynəlxalq Humanitar Təşkilatının dəstəyi ilə 2000-2005-ci illərdə icra edilmişdir. Layihə çərçivəsində Az.GƏC-də səs yazma studiyası qurulmuşdur. Səs yazma studiyasında onlarla kitab diktorlar tərəfindən səsləndirilərək disklərə yazılmışdır. Hal-hazırda layihə çərçivəsində hazırlanmış audio kitablar Gözdən Əlillər üçün Kitabxanada və Az.GƏC-in regional təşkilatlarında görmə üzrə əlilliyi olan şəxslər tərəfindən istifadə olunur, o cümlədən www.gimiep.az saytının audio kitablar bölməsində yerləşdirilmişdir. Layihənin uğurlu davamlılığı təmin edilərək Az.GƏC-in nəzdində Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzi MMC (BNİRM) açılmışdır. BNİRM hazırda Brayl əlifbası ilə dərsliklər, bədii ədəbiyyatlar və digər vəsaitləri daktil rəsmlərlə və brayl şrifti ilə çap edir.





.jpg)




.jpeg)

.jpg)





