Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin mərkəzi respublika korlar kitabxanası

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin mərkəzi respublika korlar kitabxanası
Dinlə

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti (Az.GƏC) tərəfindən ilk dəfə olaraq 23 may 1980-ci il tarixində, Bakı şəhəri, 2-ci Sülh döngəsi, ev 2 ünvanında yerləşən binanın zirzəmisi kitabxana üçün uyğunlaşdırılmışdır.

1981-ci il iyunun 1-də Az.GƏC-in Mərkəzi Respublika Korlar Kitabxanası qapılarını ilk oxucularının üzünə açdı. Kitabxananın məqsədi gözdən əlillərin intellektual səviyyəsinin yüksəldilməsi, sosial orientasiyası istiqamətində yeni nailiyyətlərin əldə edilməsi, orta və ya ali təhsil səviyyəsində maariflənməsinə dəstək, gündəlik ictimai xəbərlər və ya ədəbi nəşrlərin gözdən əlil kontingentinə çatdırılması və ümumən gözdən əlil insanların cəmiyyətə inteqrasiyasıdır.
 
Sonralar, 90-cı illərdə Az.GƏC-in büdcəsində maliyyə çətinliyi yarandığı üçün kitabxanada çalışan işçilərə əmək haqqı verilməsi və kitabxana üçün yeni kitabların alınması mümkün olmadı. Az.GƏC-in mərkəzi kitabxanası Respublika əhəmiyyətli kitabxana kimi 01 yanvar 1994-cü il tarixdən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyətə başladı. 2009-cu ildən  isə kitabxananın adı dəyişdirilərək Respublika Gözdən Əlillər kitabxanası adlandırılmışdır. Uzun illər Respublika Gözdən Əlillər Kiabxanasının fondu Korlar Cəmiyyətinin Səsyazma studiyasında lentə alınan “danışan” kitablar və nəşriyyatında çap olunmuş Brayl nəşrləri hesabına zənginləşirdi. Tənha yaşayan, sərbəst hərəkət edə bilməyən oxuculara evdə səyyar kitabxana xidməti göstərilir.  

Kitabxananın filialı yoxdur. 2016-cı ildə isə Dini qürumlarla iş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə Brayl əlifbası ilə azərbaycan dilində  çap olunmuş müqəddəs “Qurani Kərim” kitabı Dağıstan Respublikasında yaşayan azərbaycanlı gözdən əlil oxucuların istifadəsi üçün Maxaçqala şəhərinə göndərilmişdir.

Respublika Gözdən Əlillər Kitabxanasının 19 nəfər işçisi vardır. Bunlardan 13 nəfəri gözdən əlil, 6 nəfər isə sağlamdır. Gözdən əlillərlə işin digərlərindən fərqli olaraq spesifikliyini və çətinliyini nəzərə alaraq (oxucunu qarşılamaq, kitabxanada sərbəst hərəkətini təmin etmək, kitab seçimində yardımçı olmaq, ona uyğun şəhər nəqliyyatına yola salmaq, bütün bunlarla yanaşı səmimi, qayğıkeş və nəzakətlə davranmaq) hər bir işçi öhdəsinə düşən bu humanist işi məsuliyyətlə yerinə yetirir.

Əlaqə: 012 564 82 08; 
            012 564 83 62.