“Görmə üzrə fiziki məhdudiyyəti olan qızlara və qadınlara sosial dəstək”
DinləAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Əlil Ziyalılar İctimai Birliyi tərəfindən “Görmə üzrə fiziki məhdudiyyəti olan qızlara və qadınlara sosial dəstək” layihəsi icra olunur.Görm
Layihə çərçivəsində görmə üzrə fiziki məhdudiyyəti olan 8 qız və qadına özünəxidmət, gigiyena, evdarlıq və kulinariya üzrə təlimlər təşkil edilib.
Təlimlər vasitəsilə həmin xanımlara isti və soyuq qəlyanaltılar, salat və şirniyyatların hazırlanması, ütüləmə, xırda tikiş, çay və yemək süfrələrinin hazırlanması, eləcə də süfrə arxasında yemək etiketi qaydaları öyrədilib. Təlimlərə cəlb edilən psixoloq və sosial işçilər gözdən əlil xanımlarla sosial mövzuda müzakirələr apararaq onlara mənəvi dəstək göstərib. Təlimləri tamamilə görmə qabiliyyəti olmayan kulinar-pedaqoq Günay Məmmədova aparıb.
Görmə qabiliyyətini illər öncə tamamilə itirən Günay Məmmədova, öz üzərində işləyərək qaranlıq həyat şəraitinə tam inteqrasiya olub və kulinariya sahəsində bir sıra layihələrdə uğur qazanmış peşəkar pedaqoq olaraq, təlimlərdə iştirak edən xanımlara praktik dəstək göstərib.