Zaqatala rayonunda əlilliyi olan uşaq və yenmiyetmələr üçün bayram şənliyi təşkil edilib

Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək ictimai birliyi “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti”nin təşkilati dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı müsabiqəsi çərçivəsində Zaqatala, Şəki, Qax, Balakən rayonlarında yaşayan görmə üzrə əlilliyi olan 18 yaşadək uşaqlar üçün silsilə bayram şənlikləri keçirilib.
Tədbiri giri sözü ilə açan “Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Reyhan Cəfərova tədbir iştirakçılaırnı qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, tədbirin əhəmiyyətindən bəhs edib.
Daha sonra çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinə diqqət çəkib. Cəmiyyət sədri bildirib ki, məhz Heydər Əliyevin fədakarlığı nəticəsində Azərbaycanın müstəqilliyi nəinki qorunub, həmçinin, ölkəmiz beynəlxalq iqtisadi-siyasi aləmdə öz nüfuzunu gücləndirib, beynəlxalq təşkilatlar, dünya birliyi ilə geniş əlaqələr qurub.
Ümummilli liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Səmyar Abdullayev, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun 30 illik erməni işğalına son qoyduğunu vurğulayıb. Səmyar Abdullayev Prezident İlham Əliyevin ad gününü təbrik edib, dövlətimizin öz liderinin rəhbərliyi altında qarşıdakı illərdə yeni-yeni uğurlara imza atacağını bildirib.
Azərbaycan xalqının 2024-cü ilin 7 fevral tarixindəki prezident seçkilərində öz Müzəffər Ali Baş Komandanının namizədliyini dəstəkləyəcəyini bildirən Cəmiyyət sədri qeyd edib ki, həssas kateqoriyadan olan şəxslər kimi gözdən əlillər də İlham Əliyevin namizədliyini müdafiə edəcək.
Bayram şənliyində Zaqatala, Şəki, Qax, Balakən rayonlar üzrə görmə imkanları məhdud olan uşaqların iştirakı təmin edilib, hər bir uşaq üçün müvafiq şərait qurulub.
Zaqatala regionu üzrə bayram şənliyi Zaqatala şəhərinin “Tala Rooms” otel-restoranında təşkil edilib.
Bayram şənliklərində gözdən əlil uşaqlar üçün müyəssər oyun və “Gənc Tamaşaçılar” teatrının aktyorlarının iştirakı ilə təşkil edilmiş şou proqramlarla yanaşı, maraqlı musiqi nömrələri, viktorinalar, flaşmoblar, yemək və şirniyyat süfrəsi ,eləcə də, hədiyyələr təqdim edilib.







.jpg)




.jpeg)

.jpg)




