NOVRUZ ŞƏNLİYİ BAKI

Bakı şəhərində görmə üzrə əlilliyi olan 18 yaşına çatmayan şəxslər (uşaqlar) üçün Novruz Bayramına həsr edilmiş bayram şənliyi təşkil edilmişdir.
Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək ictimai birliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyininsifarişi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilati dəstəyi ilə “Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı layihəsi icra edilmişdir.
Bayram şənliyində Bakı,Abşeron , Sumqayıt bölgələrində yaşayan və “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı xüsusi internat məktəbi”ndə təhsil alan görmə üzrə əlilliyi olan uşaqların iştirakı təmin edilmişdir və yeniyetmələrinşənlikdə iştirakının rahatlığının təmin edilməsi üçün müyəssər şərait qurulmuşdur.
Bayram şənliyi Bakı şəhəri, Nərimanov rayonu, “Metropark” ticarət və əyləncə mərkəzində təşkil edilmişdir.
Bayram şənliyində gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, yemək və Novruz bayramına xas elementlərlə bəzədilmiş şirniyyat süfrəsi eləcə dətiflo (müyəssər musiqi texnikası-qulaqlıqlar) hədiyyələr təqdim edilmişdir.
Şənlikdə 200-ə yaxın uşaq və onları müşayiət edən şəxslər iştirak etmişdirlər.
MƏTBUATDA







.jpg)




.jpeg)

.jpg)




