“Biznes gözlə deyil, məntiqlə idarə olunur” layihəsi
.jpeg)
“Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyi 01 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Biznes gözlə deyil, məntiqlə idarə olunur” adlı layihəsini başa çatmışdır.
Sözügedən layihə 3 ay müddətində icra edilmişdir. Layihə çərçivəsində Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək İB Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə əməkdaşlıq edərək görmə məhdudiyyəti olan yeniyetmə və gənclərə biznesin qurulmasına dair təlimlər təşkil etmişdir. Təlimlər “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbi”ndə və Azərbaycan Gözdən Əlillər Cəmiyyətində keçirilmişdir.
Layihə müddətində 10 nəfər yeniyetmə və gəncə onlayn binesin qurulmasına və idarəedilməsinə dair təlimlər keçirilmişdir. Təlimlər zamanı görmə üzrə əlilliyi olan yeniyetmə və gənclərə sosial şəbəkələr üzərindən kiçik biznesin qurulması və idarəedilməsi üçün müyəssər peşələr haqında nəzəri və praktiki məlumatlar verilmişdir. Təlimə cəlb olunmuş şəxslərə eyni zamanda seçdikləri peşənin inkişaf etdirilməsi üçün Dövlət Məşğulluq Agentliyinin “Özünəməşğulllq” proqramına qoşularaq maliyyə mənbələrinin əldə edilməsi yolları öyrədilmişdir.
Layihənin təqdimatı 03 dekabr Beynəlxalq Əlillər Günü ərəfəsində yəni 02 dekabr 2022-ci il tarixində ADA universiteti və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə Dədə Qorqud parkında “Güvənli gəzinti” adlı yürüş təşkil edilərək keçiilmişdir. Yürüşün məqsədi görmə üzrə əlilliyi olan şəxslərin bərabər imkan və bacarıqlarının olduğunu ictimayətə çatdırmaq və hər kəsi göz işığının qorunmasına səsləməkdən ibarət olmuşdur.






.jpg)





.jpg)





