Müyəssər formatlı nəşrlərin hazırlanması
DinləLayihə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək və Azərbaycan Əlil Ziyalılar İctimai Birlikləri ilə birgə 2019-2021 ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdir. Layihə çərçivəsində ölkədə ilk dəfə olaraq 1 kitabda 5 format olmaqla nağıllar, ensiklopediya, bədii elmi və metodiki əsərlər çap etdirilmiş, audio kitablar hazırlanmışdır. Hazırlanmış kitablar regionlara və görmə üzrə əlilliyi olan şəxslər üçün xüsusi müəssisələrə təqdim edilmişdir.