24-25 dekabr 2024-cü il tarixlərində Bakı və Abşeronda yaşayan görmə məhdudiyyəti olan və əlilliyi müəyyən edilmiş 18 yaşınadək uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.

24-25 dekabr 2024-cü il tarixlərində Bakı və Abşeronda  yaşayan görmə məhdudiyyəti olan və əlilliyi müəyyən edilmiş 18 yaşınadək uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.
Dinlə

24-25 dekabr 2024-cü il tarixlərində Bakı və Abşeronda  yaşayan görmə məhdudiyyəti olan və əlilliyi müəyyən edilmiş 18 yaşınadək uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.

       Bayram tədbiri Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi (QEOŞSD) və “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi ilə birgə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə, “Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları (18 yaşınadək əlilliyi müəyyən edilmiş) üçün Yeni İl şənliyinin təşkili” layihəsi çərçivəsində həyata keçirilib.
Bayram şənliyində 100 nəfərə yaxın görmə məhdudiyyəti olan uşaqlar və onları müşayiət edən valideynlər iştirak edib.
Görmə imkanları məhdud olan uşaqlar üçün hər bir tədbir fərdi ehtiyaclara uyğun hazırlanıb və onlara tam müyəssər şərait yaradılıb.
Gözdən Əlillər Cəmiyyəti İB-nin sədri Səmyar Abdullayev çıxış edərək dövlətin sosial qruplara böyük dəstək göstərdiyini bildirib. Qeyd edib ki, xüsusilə fiziki qüsurlu uşaqların sosial müdafiəsinin gücləndirilməsi yönümündə addımlar atılır. Gələn ilin dövlət büdcəsində sosial xərclərin artırılmasını vurğulayan birliyin sədri Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial siyasətin uğurla davam etdirilməsini təqdirəlayiq olduğunu deyib.
Daha sonra çıxış edən Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Lamiyə Əliyeva bildirib ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərə hər zaman diqqət göstərilir. Agentliyin mütəmadi olaraq bayram şənliklərinin keçirilməsinə dəstək verdiyini qeyd edən L.Əliyeva tədbirin təşkilatçılarına xüsusi təşəkkür edib.
Tədbirin yaddaqalan anlarından biri də müxtəlif nağıl personajlarının təqdim etdiyi şou proqramı olub. Uşaqlar sevdikləri nağıl qəhrəmanlarının canlı çıxışlarını izləyərək, Yeni il ruhunu daha dərindən hiss ediblər.
Nağıl personajları öz şən və rəngarəng performansları ilə uşaqları əyləndiriblər. Şənlikdə xüsusi oyunlar və yarışmalar da təşkil olunub. Uşaqlar həm əyləniblər, həm də oyun və yarışmalarda fəal iştirak ediblər.
Tanınmış müğənnilər və musiqiçilər, görmə məhdudiyyəti olan uşaqların və onların ailələrinin bayramını daha da şənləndirib, onları musiqi və mahnılarla əyləndiriblər.
Musiqiçilər uşaqlara xüsusi olaraq müyəssər formada təqdim edilmiş musiqi nömrələri ilə bayram atmosferini daha da gücləndiriblər.
Şənlikdə hər bir uşaq üçün xüsusi hədiyyələr təqdim edilib, onlara müxtəlif təhsil və inkişafetdirici materiallar, həmçinin əyləncəli oyuncaq və texnoloji cihazlar verilib.
Qeyd olunub ki, bu cür layihələr və tədbirlər, cəmiyyətin hər bir üzvünün bərabər imkanlara sahib olmasına və xüsusi ehtiyacı olan uşaqların həyatlarını zənginləşdirmək məqsədinə xidmət edir.
 

                                                                                           ƏTRAFLI   LİNKDƏ

 

video-poster
Kənan Qədimov -Zülmətdən gələn işıq
Kənan Qədimov -Zülmətdən gələn işıq
Onbirillik müsiqi məktəbinin ansambli ilə görə üzrə əlilliyi olan şəxslərdən ibarət "Zəfər notları" adlı müsiqili klip
Onbirillik müsiqi məktəbinin ansambli ilə görə üzrə əlilliyi olan şəxslərdən ibarət "Zəfər notları" adlı müsiqili klip
“3 dekabr” Beynəlxalq Əlillər Günü
“3 dekabr” Beynəlxalq Əlillər Günü
Azərbaycanın 2-ci Qarabağ müharibəsində qazandığı şanlı qələbəsinə həsr olunmuş "Şanlı zəfərin mübarək Azərbaycan!" adlı müsiqili kompozisiya tamaşası
Azərbaycanın 2-ci Qarabağ müharibəsində qazandığı şanlı qələbəsinə həsr olunmuş "Şanlı zəfərin mübarək Azərbaycan!" adlı müsiqili kompozisiya tamaşası
Görmə üzrə əlilliyi olan gənc idmançı Nizamlı Elnarə haqqında hazırlanmış motivasiya xarakterli reportaj
Görmə üzrə əlilliyi olan gənc idmançı Nizamlı Elnarə haqqında hazırlanmış motivasiya xarakterli reportaj
Danışan Kitabxana
Danışan Kitabxana
Gözdən əlil insanların iqtisadi hüquqlarının dəstəklənməsi” Masaj Peşə Reabilitasiya məktəbi
Gözdən əlil insanların iqtisadi hüquqlarının dəstəklənməsi” Masaj Peşə Reabilitasiya məktəbi
Korların İqtisadi Hüquqlarının təmin olunması  layihəsi - Rabitəçi məktəbi
Korların İqtisadi Hüquqlarının təmin olunması layihəsi - Rabitəçi məktəbi
Kor və zəif görən insanların peşə bacarıqlarının inkişaf etdirilməsində maddi, texniki və proqram dəstəyinin verilməsi
Kor və zəif görən insanların peşə bacarıqlarının inkişaf etdirilməsində maddi, texniki və proqram dəstəyinin verilməsi
Sağlamlığa dəstək
Sağlamlığa dəstək
Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi
Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi
Daktil Əylənək-Daktil öyrənək
Daktil Əylənək-Daktil öyrənək
Görmə İmkanları Məhdud Şəxslər üçün Reabilitasiya Xidmətlərinin göstərilməsi
Görmə İmkanları Məhdud Şəxslər üçün Reabilitasiya Xidmətlərinin göstərilməsi
Müyəssər formatlı nəşrlərin hazırlanması
Müyəssər formatlı nəşrlərin hazırlanması
Regionlarda yaşayan gözdən əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi mövzusunda tədbirlərin keçirilməsi
Regionlarda yaşayan gözdən əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi mövzusunda tədbirlərin keçirilməsi
Görmə əlilliyi olan şəxslərin dini radikallığa və ekstremizmə qarşı mübarizəsi üzrə maarifləndirilməsi
Görmə əlilliyi olan şəxslərin dini radikallığa və ekstremizmə qarşı mübarizəsi üzrə maarifləndirilməsi
“Biznes gözlə deyil, məntiqlə idarə olunur”  layihəsi
“Biznes gözlə deyil, məntiqlə idarə olunur”  layihəsi
“18 yaşınadək əlilliyi müəyyən edilmiş  şəxslər üçün Yeni il şənliyinin təşkili”  layihəsi
“18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Yeni il şənliyinin təşkili” layihəsi
GÖZDƏN ƏLİL UŞAQLAR ÜÇÜN QUBA RAYONUNDA YENİ İL ŞƏNLİYİ
GÖZDƏN ƏLİL UŞAQLAR ÜÇÜN QUBA RAYONUNDA YENİ İL ŞƏNLİYİ
Zaqatala rayonunda əlilliyi olan uşaq və yenmiyetmələr üçün bayram şənliyi təşkil edilib
Zaqatala rayonunda əlilliyi olan uşaq və yenmiyetmələr üçün bayram şənliyi təşkil edilib
NOVRUZ ŞƏNLİYİ BAKI
NOVRUZ ŞƏNLİYİ BAKI
GƏNCƏDƏ NOVRUZ ŞƏNLİYİ
GƏNCƏDƏ NOVRUZ ŞƏNLİYİ
“Görmə üzrə fiziki məhdudiyyəti olan qızlara və qadınlara sosial dəstək”
“Görmə üzrə fiziki məhdudiyyəti olan qızlara və qadınlara sosial dəstək”
Sumqayıtda yaşayan görmə məhdudiyyəti olan və əlilliyi müəyyən edilmiş 18 yaşınadək uşaqlar üçün yanvarın 13-də şənlik təşkil edilib.
Sumqayıtda yaşayan görmə məhdudiyyəti olan və əlilliyi müəyyən edilmiş 18 yaşınadək uşaqlar üçün yanvarın 13-də şənlik təşkil edilib.