İlham Zəkiyev

Sambo üzrə yeniyetmələr arasında Respublika çempionu

İlham Zəkiyev
Dinlə

İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində sıravi zavod işçisinin ailəsində anadan olub.Ailədə özündən başqa 3 qardaşı və 1 bacısı var.İlham Zəkiyev 15 yaşından etibarən cüdo ilə məşğul olmağa başlayır.İlham çox qısa bir müddət ərzində uğurlara imza atır, Sumqayıt şəhərində keçirilən yarışmada qalib gəlir, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur. 

2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin həyatından bəhs edən qısametrajlı İşıqlı Zülmət filmi çəkilmişdir. İlham Zəkiyev həm də, futbol ilə maraqlanır və Bakının Neftçi Bakı klubunun sadiq azarkeşidir.

İlham Zəkiyevin sözlərinə görə, 19 yaşında görmə qabiliyyətini itirməsi nəticəsində çətin vəziyyətə düşür. Ailəsinin və yaxın dostlarının bu müddət ərzində ona dəstək olması İlhama belə çətin dövrü arxada qoymağa kömək edir. 2002-ci ildə o, Gənclər və İdman Naziri Əbülfəz Qarayev ilə görüşür, nazir İlhamın Moskvaya gedərək orada müalicə almasına köməklik edir. Lakin rusiyalı həkimlər belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir elmin hələlik qadir olmadığını bildirirlər. Moskvadan Azərbaycana qayıdan İlham yenidən Gənclər və İdman Nazirliyinə müraciət edərək hansı idman növü ilə məşğul olaraq yarışmalara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona paralimpiya üzrə cüdo yarışlarında iştirak etməyi təklif edirlər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan idmanındakı uğurlarına görə İlham Zəkiyev 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib . 2009-cu ildə isə ona Əməkdar İdman Ustası fəxri adı verilib.Zəkiyev İlham Əzizağa oğlu-paralimpiya oyunlarında iştirak edən azərbaycanlı cüdoçu, 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, əməkdar idman ustası, "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Heydər Əliyev" Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl çinar" mükafatları laureatı və ilk dəfə keçirilən Bakı2015 Avropa Oyunlarının qalibidir.