Elnur Eyvazov

ADA Universitetinin Hüquq və Biznes üzrə professoru

Elnur Eyvazov
Dinlə

Elnur Eyvazov Bakıda anadan olub, təhsilini İngiltərə və ABŞ-da alıb. O, həmçinin, hüquq və maliyyə üzrə beynəlxalq ekspertdir. Dünya Bankı, Avropa İnkişaf Bankı və digər təşkilatlarla müxtəlif beynəlxalq layihələr üzərində işləyib.

O, MDB ölkələri arasında məşhur hüquqşünas kimi seçilib. Hazırda ADA Universitetinin Hüquq və Biznes üzrə professorudur, inklüziv təhsil və bərabər imkanlar şöbəsinə rəhbərlik edir. ADA-dan başqa Azərbaycanda yerləşən müxtəlif universitetlərdə, o cümlədən İngiltərənin  London İqtisadiyyat Məktəbində, Cenevrədə və Fransada dərs deyir, mühazirələr oxuyur. 

Görmə üzrə məhdudiyyətinin olmasına baxmayaraq, yüksək nəticələr əldə etmiş Elnur Eyvazov Amerika Hüquqşünaslar Assosiasiyası tərəfindən BDU-da hüquq üzrə magistratura təhsili üçün proqram hazırlanarkən ekspert kimi dəvət edilib. Elə orada da həyatının sevgisinə rast gəlib. ADA Universitetində çalışmaq üçün təklif gəlməsi onun karyerasında mühüm mərhələ olub.