Azərbaycan Gözdən Əlillər Cəmiyyəti erməni təxribatı ilə bağlı bəyanat yayıb

“ AzGƏC-in rəhbərliyi böyük təəssüf hissi ilə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-dən 13-nə keçən gecə saatlarında bütün beynalxalq normaları, Azərbaycan və Rusiya ilə bağlanmış üçtərəfli Bəyanatın şərtlərini eləcə də son olaraq Brüssel danışıqları növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir.
Az.GƏC-in hər bir üzvü Ermənistanın növbəti təxribatını beynəlxalq hüquq normalarına zidd və Azərbaycana qarşı məqsədli şəkildə etnik düşmənçilik niyyəti ilə atəşkəsin pozulması kimi hərbi təxribatları dünyəvi hüquq və azadlıqların kobud şəkildə pozulması faktı kimi qiymətləndirir.
Bütün bunlar Ermənistan rəhbərliyinin bölgədə sülhün tərəfdaşı olmadığını və Azərbaycan Respublikasına və Azərbaycan millətinə qarşı yürütdüyü mənfur siyasətin nümunəsidir.
Az.GƏC beynəlxalq təşkilatlar eləcə də Ermənistanın havadralarına səslənərək bu ədalətsizliyin və vandallığın dər hal dayandırlmasını və azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənərək dinc sakinlərin öz evlərinə geri dönmələrinə və bölgədə sülhün bərqərar omasına dəstək göstərilməsinə çağırır.
Sülhün bərqərar olması bu hadisələrin qarşısını almaqla ölkədə əlilliyin səviyyəsinin aşağı salmasına da yardım edir. Belə ki bu hadisələr yüzlərlə insan itkisi və vətəndaşların müharibə əlili olmasına gətirib çıxarır.
Azərbaycan suveren, dünyəvi və sülsevən ölkə olaraq qonşu ölkələrə ərazi iddiasında olmamış və heç bir zaman da hər hansı hərbi təxribatı dəstəkləmişdir.
AzGƏC ölkəmizə qarşı yönələn bu təxribatı qəti şəkildə pisləyərək şəhid olmuş bütün hərbiçilərin ailələrinə dərin hüzünlə başsağlığı verərək onlara uca tanrıdan səbr və dözüm diləyir.
AzGƏC xalqımızı bu çətin zamanda baş vermiş hadisə ilə əlaqədar həm daxildə həmdə ölkə xaricində sapı özüzmüdən olan baltaların yanlış infosmasiyalarına inanmamağa və ölkə başçısı, Ali baş komandan cənab prezident İlham Əliyevin ətrafında birləşərək dəyanətli olmağa çağırır”.




.jpeg)




