44 günlük vətən müharibəsində gözlərini vətənə qurban verən Kamran Başizadənin ad günü tədbiri

Bu gün “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən Xızı rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən Müharibəsi qazisi Kamran Tarel oğlu Baxşizadənin 30 yaş yubileyi münasibəti ilə tədbir keçirilib.
Tədbirin təşkilatçısı Azərbaycan Milli Gənc Tamaşaçılar Tetrının aktirsası Simuzər Atakişiyeva təbiri açıq elan etdi.
Az.GƏC-in prezidenti Səmyar Abdullayev tədbirdə Kamran Baxşizadənin həyatı və çətin döyüş yolu haqqında danışıb.
Tədbirdə həmçinin müharibə zamanı göz nurunu itirən qazi Kamran Baxşızadənin Vətən Müharibəsində göstərdiyi şücaəti, əzmkarlığı əks etdirən ağır döyüş yolu barəsində çəkilmiş qısametrajlı “Gözümün Nuru Vətən” adlı film nümayiş etdirilib.
Tədbirə Xızı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abdulla Hüseynov, YAP Xızı rayon Təşkilatının sədr müavini Ümman Rüstəmli, Abşeron Xızı regional Mədəniyyət İdarəsi Xızı rayon üzrə nümayəndəsi Mövsüm Bağırov iştirak ediblər.
Tədbirdə Kamran Baxşizadənin anası Rəhimə Baxşizadə çıxış edərək Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən oğluna göstərilə xüsusi diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Kamran Baxşizadə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən fəxri üzv kimi 44 günlük müharibədə tərəfindən göstərilən şücaət və qəhrəmanlığa görə Fəxri Fərmanla təltif olunub.
Kamran öz çıxışında tədbirə görə AzGƏC-in preizidenti Səmyar Abdullayevə, təşkilati məsələlər üzrə Simuzə Atakişiyevaya, Xızı Rayon İcra Hakimiyyətinə, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi və tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.
Tədbirdə telejurnalist Lalə Muradxanlı, filmin rerjissoru Faiq Kərimoğlu çıxış edərək Kamran Baxşizadə barədə düşüncələrini bölüşüb. Azərbaycan Milli Gənc Tamaşaçılar Tetrının aktyorları Aygün Fətullayeva, Gülər Nəbiyeva və Faiq Mirzəyev şeir töhfələri ilə çıxış ediblər.
Həmçinin, tədbirdə incəsənət nümayəndələrinin və xalq artistlərinin iştirakı ilə musiqili proqram təşkil olunub.




.jpeg)




