Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ADA Universiteti ilə birlikdə “Güvən yürüşü” tədbiri keçirib
DinləTədbir çərçiəsində ilk öncə ADA Universitetində konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan ADA Universiteti tələbə xidməti meneceri Günel Əskərova layihə barədə iştirakçılara ətraflı məlumat verib, tədbirin əhəmiyyətindən bəhs edib.
Konfransda çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdulayev öncə görkəm oftolmoloq, akademik Zərifə Əliyevanın tibb elmi sahəsindəki tarixi xidmətlərinə diqqət çəkib. Zərifə Əliyevanın tibb elminə bir sıra mühüm, mütərəqqi yeniliklər gətirdiyini bildirən Səmyar Abdullayev, onun elmə gətirdiyi bu yeniliklərdən bu gün də uğurla istifadə edildiyini bildirib.
Daha sonra Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əlillərə olan diqqət və qayğısından danışıb. Səmyar Abdullayev bildirib ki, Azərbaycan həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə sadəcə region dövlətlərinə deyil, bütün dünyaya nümunədir.
Tədbirdə çıxış edən layihə koordinatoru Fidan Quliyeva layihə iştirakçılarına öz minnətdarlığını bildirib, Səmyar Abdullayevlə birlikdə fərqlənən tələbələrə sertifikatlar təqdim ediblər.
Konfransdan sonra “Dədə Qorqud” parkında ADA Universitetinin əcnəbi və yerli tələbələrinin müşayəti ilə görmə üzrə əlilliyi olan şəxslərin gəzintisi təşkil olunub.