Şəkidə sosial reabilitasiya mərkəzi fəaliyyətə başladı

Şəkidə uşaqlar üçün sosial reabilitasiya xidmətlərinə start verildi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər
Agentliyi tərəfindən maliyyələşdirilən, “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyi
tərəfindən həyata keçirilən layihə çərçivəsində Şəki şəhərində sosial reabilitasiya xidmətlərinə başlanılıb.
Layihəyə rəhbərlik edən İctimai Birliyin sədri Reyhan Cəfərovanın sözlərinə görə, əsas məqsəd 18
yaşadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün dövlət vəsaiti hesabına əlçatan və keyfiyyətli xidmətlər
təşkil etməkdir. Bu çərçivədə mərkəzdə psixoloq, loqoped, pedaqoq və sosial işçilərin iştirakı ilə fərdi
inkişaf proqramları, qrup məşğələləri, nitq və psixoloji reabilitasiya, həmçinin idman və sosial adaptasiya
təlimləri keçirilir.
Xüsusi proqram əsasında görmə məhdudiyyətli uşaqlarla da metodik məşğələlər aparılır. Onlara fəza
oriyentasiyası, səslə yönlənmə, daktil məlumatların qavranması və audio informasiya əldəetmə
bacarıqları öyrədilir. Təlimlərdə inkişafetdirici vasitələrdən geniş istifadə olunur.
Layihə 30 dekabr 2025-ci il tarixinədək davam edəcək və Şəki rayonunda onlarla uşağın sosial
inteqrasiyasına, gündəlik həyat bacarıqlarının inkişafına və ailələrin üzərinə düşən yükün azalmasına
töhfə verəcək.




.jpeg)




