“18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Yeni il şənliyinin təşkili” layihəsi

30 dekabr 2022-ci il tarixində “Point otelinin Zodiak” restoranında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin Azərbayan Gözdən ƏLillər Cəmiyyəti ilə birgə icra etdiyi “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Yeni il şənliyinin təşkili” layihəsi çərçivəsində görmə üzrə əlilliyi olan uşaqlar üçün bayram şənliyi keçirilmişdir.
Bayram şənliyində 18 yaşadək görmə üzrə əlilliyi olan uşaqlar üçün bayram süfrəsi açılmış, şou və konsert proqramı, müxtəlif viktorinalar (şou oyunlar) təşkil edilmişdir. Bayramda görmə üzrə əlilliyi olan istedadlı uşaqlar bayram şənliyini öz rəngarəng ifaları və çıxışları ilə daha maraqlı etmişlər. Tədbirdə iştirak edən uşaqlarara bayram hədiyələri təqdim edilmişdir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları, tanınmış müğənni, aktyorlar və KİV nümayəndələri iştirak etmişlər.





.jpeg)




