“Əl əməyi-həyat mənbəyi” layihəsi
Azərbaycan Əlil Ziyalılar İctimai Birliyi 15 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əl əməyi-həyat mənbəyi” layihəsini başa çatdırmışdır.
Sözügedən layihə 2 ay müddətində icra edilmişdir. Layihə çərçivəsində Əlil Ziyalılar İB Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə əməkdaşlıq edərək görmə məhdudiyyəti olan qadın və qızlara onlayn biznesin qurulmasına dair təlimlər təşkil etmişdir. Təlimlər “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbi”ndə və Azərbaycan Gözdən Əlillər Cəmiyyətində keçirilmişdir.
Layihə müddətində 10 nəfər qadın və qıza güllərin əkilməsinə, becərilməsinə, dekorasiyasına və satışına dair təlimlər keçirilmişdir. Təlimlər zamanı təlimçi gülçülük üzrə peşəkar mütəxəsis olan Nailə Ağcayeva tərəfindən görmə qabiliyyəti məhdud olan qadınlara və qızlara gülçülük sənətinin öyrədilməsi ilə yanaşı güllərin onlayn şəkildə sosial şəbəkələr vasitəsi ilə satışının təşkil edilməsinə dair təlimlərdə keçirilmişdir. Təlimə cəlb olunmuş şəxslərə eyni zamanda seçdikləri peşənin inkişaf etdirilməsi üçün Dövlət Məşğulluq Agentliyinin “Özünəməşğulllq” proqramına qoşularaq maliyyə mənbələrinin əldə edilməsi yolları öyrədilmişdir.




.jpeg)




