AZƏRBAYCAN GÖZDƏN ƏLİLLƏR CƏMİYYƏTİ XVIII QURULTAY

AZƏRBAYCAN GÖZDƏN ƏLİLLƏR CƏMİYYƏTİ XVIII QURULTAY
Dinlə

29.12.2012-ci il tarixdə “Sahil Baku” otelinin konfrans zalında Az GƏC-in növbəti XVIII Qurultayı keçirildi
Qurultayda Cəmiyyətin 5 illik hesabat dövrünü əhatə edən ümumi fəaliyyətinin və gələn beş ilə olan  tədbirlər planlarının  ümumi müzakirə edildi.
Qurultayda həmçinin Cəmiyyətin növbəti beş illik dövr üçün Prezidenti, İdarə Heyəti və Məclis üzvləri seçildi.
Tədbir Azərbaycan Gözdən əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti S. Abdullayevin çıxışı ilə açıq elan etdi. 
         S Abdullayev yığıncaq iştirakçılarını Az GƏC-in 2017-2022-ci illəri əhatə edən ümumi fəaliyyəti və maliyyə hesabatı ilə tanış etdi. S. Abdullayev qeyd etdi ki, Az GƏC bu illər ərzində  gözdən əlil vətəndaşların məşğulluq, işsizlik, sosial adaptasiya, mənzil şəraitsizliyi kimi ümumi problemlərinin həlli istiqamətində bir sıra əhəmiyyətli layihələrə imza atmışdır.
S Abdullayev həmçinin, aidiyyəti qurumlarla aparılan danışıqlar nəticəsində AzGƏC-in gözdən əlil vətəndaşların müasir dünyaya inteqrasiyası, inkluzvləşmə, təhsil və sosial-iqtisadi həyat statusunun yüksəlişi istiqamətində bir sıra əhəmiyyətli dövlət proqramlarının hazırlanmasına və tətbiqinə nail olunduğunu qeyd etdi. Çıxışında Az GƏC-in prezidenti onu da qeyd etdi ki, aidiyyəti orqanlar tərəfindən aparılan araşdırmalar onu göstərdi ki, Az GƏC Respublikada fəaliyyət göstərən ən mötəbər, hüquqi, şəffaf, konstitusion ədalət və humanizm prinsiplərinə əsaslanaraq fəaliyyət göstərən təşkilatlardan biridir. O, həmçinin Cəmiyyətin bu illər ərzində gözdən əlil vətəndaşların ən aktual, mənzil şəraitsizliyi kimi mövcud probleminin həlli istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Naizrliyi  ilə aparılan danışıqlar nəticəsində ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentili ilə 500 dən çox gözdən əlil  ailənin mənzil şəraiti ilə təmin edildiyini və növbəti beş illik fəaliyyət fövründə gözdən əlil ailənin mənzil ehtiyacını qarşılayacaq layihələrin icrasına start verdiyini bildirdi. 
    Cəmiyyət rəhbəri Az GƏC-in 2017-2022- ci illəri əhatə edən ümumi maliyyə dövriyyəsini əhatə edən rəqəmləri açıqladı.  
        S. Abdullayev çıxışının sonunda Cəmiyyətin inkişafında xüsusi rolu olan bütün nazirliklərə və aidiyyəti dövlət qurumnlarına göstərdikləri  xüsusi qayğı və ehtirama görə öz təşəkkürünü bildirdi. 
        S. Abdullayev möhtərəm prezident İlham Əliyevə  və I vitse-prezident Mehriban xanım Əliyevaya da gözdən əlil vətəndaşların sosial-iqtisadi rifahı naminə tərəflərindən göstərilən xüsusi diqqətə görə öz dərin minnətdarlığını bildirdi. 
Qurultayda həmçinin Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin şəxsi təşəbbüsü və A.R. Gənc Tamaşaçılar Teatrının aktrisasının ideya müəllifliyi ilə 44 günlük Vətən Müharibəsi dövründə gözdən əlil olmuş qazilərin həyat və döyüş younu əhatə edən qısametrajlı  film nümayişi də keçirilmişdir. 
Qurultay Az GƏC-in növbəti beş illik rəhbərliyinin seçilməsi ilə davam etdi və işini qurultayın qərarının açıqlanması ilə bitirdi. 
AzGƏC-in növbəti beş illik dövrü üçün sədr vəzifəsinə Səmyar Abdullayev seçildi
Qurultayın sonunda qurultay nümayəndələrinə ziyafət verildi. 
 

MƏTBUAATDA 1   MƏTBUATDA 2   MƏTBUATDA 3