Информация о книге

Uzun illər məni düşündürən, daha doğrusu narahat edən fəlsəfi bir mövzunu araşdırma romanı kimi yazmağı arzulasam da, sonda çox dəyərli bir dostumun təklifi üzrə milli taleyimizi düşündürən süjetlə birgə yazdım. Yazdıqca tarixi-fəlsəfi fikirlərim gah həqiqətlərlə, gah fantastik ideyalarla dost oldular. Müxtəlif oxucu kütləsi üçün həm maraqlı, həm qəbuledilməz, həm mübahisəli məqamlarla, həm də aktual problemlərlə zəngin olan bir romana çevrildi. Mən məqsədimə çatdım. Millətimin şanlı tarixini və görmək istədiyim gələcəyini ürəyimin səsinə qulaq asaraq təxəyyülümün köməyi ilə yazdım. Romanın müxtəlif dünyagörüşlü insanımızın qınaq obyektinə çevriləcəyini bilirəm. Amma zərrə qədər də kimlərinsə fikrinə hörmətsiz yanaşmaq fikrində olmadım. Və bundan daima uzaq olmağa çalışdım. Əsərdəki qəhrəmanlar tanıdığım dostlarımın prototipidir. Bu qəhrəmanlar nə qədər ziddiyyətli dünyagörüşə sahib olsalar da, həmişə bir amalda bütün fikirlər üst-üstə düşür. Bu amal isə millətdir! Hər şeydən öncə millət!.. Dədə Əfəndinin söhbətlərini romana salmaqda öncə çox tərəddüdlü idim. Hətta romanın altı ay bundan öncə hazır olmasına baxmayaraq, məhz milli düşüncə tərzinin carçısı Dədə Əfəndinin söhbətlərinə görə düşünməyə qərar verdim. Və sonda heç bir düzəliş etmədən çapa göndərdim. Qəhrəmanım Arslan Sultanbəyli Türk millətinin tarixinin gizlin mətləblərini ortaya çıxartmaq üçün oxuduğum tarixi mənbələrin izi ilə Dədə Əfəndinin tövsiyələri əsasında öncə Şuşaya getdi. Əməliyyatı şərəflə və uğurla başa vurdu. Roman üç hissədən ibarət olacağı üçün bu, birinci kitabdır. İkinci kitabda Arslan Sultanbəyli Ulu Şaman Məclisinin tapşırığı ilə Çinə, üçüncü kitabda isə Vatikana getməlidir. Ümid edirəm ki, oxucuları intizarda saxlamadan ikinci və üçüncü kitabları da yaza- 4cağam. Yəqin ki, oxucuların münasibəti digər kitabların yazılması üçün böyük stimul verəcək. Romanın ərsəyə gəlməsində bir çox mütəxəssisdən və dostlarımdan məsləhətlər və dəstək aldım. Onlardan həmişəki kimi ilk oxucum, tövsiyələri ilə daima düzgün yolu göstərərək dəstək verən həyat yoldaşım Zülfiyyə Sadıqovaya, coğrafi xəritələrlə işləməkdə daima yardım edən coğrafiyaşünas Famil İsayevə, tarixi faktları dəqiqləşdirməkdə hər zəngimə və çağırışıma səs verən tarixçi Amil Həsənova və arxeoloq Elvin Əliyevə, işğal altında olan bölgələrimizi uzaqdan da olsa, görməyimə və dağlar-dərələrlə tanış olmağım üçün mənimlə bərabər gecəsinigündüzünə qatan Rahil Zülfəliyevə, ingilis dilli mənbələri araşdırmaqda yardım edən Fərid Hüseynliyə, zəngin kitabxana və materiallarla təmin edən Əli İbrahimbəyliyə, hərbi terminləri dəqiqləşdirməyimdə yardım edən keçmiş döyüşçümüz Heydər Rəhimova, qazimiz Kənan Nəcəfov və Sevindik Mehman ilk oxucu kimi tənqidi münasibətlərinə görə tanınmış ziyalılarımız Müşfiq XANa, Elçin Əlibəyliyə, Cəlil Cavanşirə, Elxan Nəcəfova, Yusif Alı Afşara, Zöhrə Cəfərovaya, Günel Məmmədovaya və adının çəkilməsini istəməyən və XÜSUSİ məsləhətlər verən dostlarıma dərin minnətdarlığımı bildirirəm. Daima stumul aldığım, əsərləri ilə həyat konsepsiyamı formalaşdırdığım ustadım, romanın ilk oxucusu, böyük yazıçımız İsa Muğannaya bir ömür boyu minnətdar olacağımı bildirməkdən qürur duyuram. İnanıram ki, süjet xətti təxəyyülümün məhsulu olan bu roman tezliklə oxucu rəğbəti qazanacaq.

Другие Электронные книги

Corc Oruell-1984
Corc Oruell-1984

Bestseller
Ümumi Kataloq

Etel Lilian Voyniç - Ovod
Etel Lilian Voyniç - Ovod

Dünya Klassikləri,Ümumi Kataloq

İbrahim Sabiroğlu- PLANLI ÖLÜM
İbrahim Sabiroğlu- PLANLI ÖLÜM

Amid Səlimoğlu - Malavarın hekayəsi
Amid Səlimoğlu - Malavarın hekayəsi

Müəllifin Yazmış olduğu "Malavarın hekayəsi" adlı hekayə Sovet dövründə, kiçik bir kənddə yaşayan Bəşirin həyatından bəhs edir. Olduqca maraqlı, axıcı təhkiyə ilə yazılan "Malavarın hekayəsi" oxucular tərəfindən də bəyəniləcəkdir.

Elmar Şahbazov - Cənnətin Ətri
Elmar Şahbazov - Cənnətin Ətri

İntiqam Əliyev - ƏCLAFIN ÖLÜMÜ
İntiqam Əliyev - ƏCLAFIN ÖLÜMÜ

Əsər tanınmış vəkil, 2015-ci ildə ağır xəstəlikdən vaxtsız dünyasını dəyişmiş Elton Quliyevin xatirəsinə ithaf olunub

Emin Abdullayev- HƏRBİDƏN QEYDLƏR
Emin Abdullayev- HƏRBİDƏN QEYDLƏR

İlham Əliyev - İncə Dərəsi
İlham Əliyev - İncə Dərəsi

ROMAN

Cəlil Cavanşir-Qadın Corabları
Cəlil Cavanşir-Qadın Corabları

18+

Ramiz Abbaslı-Ad oğrusunun adı
Ramiz Abbaslı-Ad oğrusunun adı

İbrahim Samiroğlu-Qatilin izi ilə
İbrahim Samiroğlu-Qatilin izi ilə

Qatilin izi ilə Povesti detektiv janrda yazılıb. Kitabda iki nakam sevgili, Ruhin və Leyladan bəhs olunur. Həmdə, hüquq mühafizə orqanlarının böyük bir cinayətkar dəstəni aşkar edib, zərərsizləşdirilməsindən.

Elmar Şahbazov - Otaq Yoldaşım Pinti
Elmar Şahbazov - Otaq Yoldaşım Pinti

Tural Sahab - Ləman
Tural Sahab - Ləman

ROMAN

Stefan Zweig - Bir Qadının həyatından iyirmi dörd saat
Stefan Zweig - Bir Qadının həyatından iyirmi dörd saat

DÜNYA ƏDƏBİYYATI

Amid Səlimoğlu - 44 gün
Amid Səlimoğlu - 44 gün

ROMAN

Fərid Hüseynli - Nömrə Birlər
Fərid Hüseynli - Nömrə Birlər

KRİMİNAL TRİLLER

Amal Əliyev - Donor
Amal Əliyev - Donor

ROMAN

Elxan Elatlı "QAN  LƏKƏSİ"
Elxan Elatlı "QAN LƏKƏSİ"

ROMAN

Cek London- "AĞ DİŞ"
Cek London- "AĞ DİŞ"

Dünya Ədəiyyatı

Xalid Hüseyni - "Çərpələng uçuran"
Xalid Hüseyni - "Çərpələng uçuran"

ROMAN

Çovdarlıqda uçurumdan qoruyan, C. D. Selincer
Çovdarlıqda uçurumdan qoruyan, C. D. Selincer

DÜNYA ƏDƏBİYYATI

Əcəl zəngi. Ernest Heminquey
Əcəl zəngi. Ernest Heminquey

DÜNYA ƏDƏBİYYATI

VƏ DAĞLARDAN SƏDA GƏLDİ - Xalid Hüseyni
VƏ DAĞLARDAN SƏDA GƏLDİ - Xalid Hüseyni

DÜNYA ƏDƏBİYYATI

"Balaca şahzadə"  Antuan de Sent-Ekzüperi
"Balaca şahzadə" Antuan de Sent-Ekzüperi

DÜNYA ƏDƏBİYYATI

"Aleksandr Düma" Qafqaz səfəri
"Aleksandr Düma" Qafqaz səfəri

DÜNYA ƏDƏBİYYATI

Эдуард Веркин -Через сто лет
Эдуард Веркин -Через сто лет

Джо Мено-СДЕЛАЙ  ПОГРОМЧЕ
Джо Мено-СДЕЛАЙ ПОГРОМЧЕ

SİRLİ SƏNƏD- İBRAHİM SAMİROĞLU
SİRLİ SƏNƏD- İBRAHİM SAMİROĞLU

MÜASİR ƏDƏBİYYAT

ŞƏRİF AĞALAR - KOMANDİR
ŞƏRİF AĞALAR - KOMANDİR

Эндрю Гросс-Часы тьмы
Эндрю Гросс-Часы тьмы

РОМАН

Ли Чайлд-Ловушка
Ли Чайлд-Ловушка

РОМАН-ДЕТЕКТИВ

Виктор Георгиевич Егоров-Заговор против «Эврики»
Виктор Георгиевич Егоров-Заговор против «Эврики»

Повесть-ДЕТЕКТИВ

Азиз Несин-Король футбола
Азиз Несин-Король футбола

Перевод с турецкого В. Феоновой и С. Сверчевской под редакцией М. Малышева

Yaşar Bünyad - İblis busəsi
Yaşar Bünyad - İblis busəsi

Xano X-dan Sonra
Xano X-dan Sonra

ANTON ÇEXOV- 6 NÖMRƏLİ PALATA
ANTON ÇEXOV- 6 NÖMRƏLİ PALATA

Gabriel Garcia Margues- "Palkovnikə məktub yoxdur"
Gabriel Garcia Margues- "Palkovnikə məktub yoxdur"

Rövşən Yerfi- QADIN DÜŞƏRGƏSİ
Rövşən Yerfi- QADIN DÜŞƏRGƏSİ

Elxan Elatlı-O GECƏ YAĞIŞ YAĞIRDI
Elxan Elatlı-O GECƏ YAĞIŞ YAĞIRDI

Elxan Elatlı-PƏNCƏRƏDƏ GÖRÜNƏN KÖLGƏ
Elxan Elatlı-PƏNCƏRƏDƏ GÖRÜNƏN KÖLGƏ

Qurban Səid- "Əli və Nino"
Qurban Səid- "Əli və Nino"

DEDEKTİV-ROMAN

Franz Kafka- Atama məktub
Franz Kafka- Atama məktub

HEKAYƏ

Franz KAFKA-Məhkəmə
Franz KAFKA-Məhkəmə

Asim Arazlı-Tənhalıq mənim dostumdur
Asim Arazlı-Tənhalıq mənim dostumdur

Aqata Kristi-Selmiş Əsərləri
Aqata Kristi-Selmiş Əsərləri

QƏHRƏMANLIQ NÜMUNƏSİ -Simuzər Ağakişiyeva
QƏHRƏMANLIQ NÜMUNƏSİ -Simuzər Ağakişiyeva