Cəlil Cavanşir-Qadın Corabları
18+
Информация о книге
“Həyat böyük bir film şirkəti kimidi. İnsanlar isə bu şirkətlə müəyyən müddətə müqavilə bağlamış çarəsiz aktyorlar... Həyat istədiyi rolu verir insana... Mənsə oynadığım bütün filmlərin ikinci dərəcəli aktyoruyam. Yalnız bir neçə dəfə filmin qəhrəmanı olmağı bacarmışam. Daha çox mənfi obrazı, qapını çırpıb gedən, sərt baxışlı, laqeyid və soyuqqanlı tipi canlandırmışam... Bəzən də bir bar köşəsində siqaret çəkə-çəkə dalğın baxışlarını boşluğa zilləmiş avara tip... Hər şey çox sürətlə dəyişib həyatımda... Bir vaxtlar dəli kimi sevdiyin, sənin üçün fədakarlıq edənin dəyişməsi, sıradan biri olması, səninlə də sıradan biri kimi davranması çox üzücüdür. Kədərli aktyor olmaq da asan deyil ha... Deyim, biləsiz... Dramatik rolların mahir ifaçısı olmaq, komik aktyor olmaqdan qat-qat çətindir ya da əksinə... Ümumiyyətlə nə dəxli var? Aktyor olmaq çətindi, vəssalam! Amma nə etməli, verilən rol budur və oynamaq zorundayam... İnsan dəyişkəndir və bütün böyük sevgilər bir gün tükənir. Tanıdığım bütün qadınlar tərk etməyi ən azı bir dəfə də olsun ağlından keçirib. Fiziki cəhətdən tərk etməyi bacarmayanlar isə bir vaxt sevdiklərini ruhən çoxdan tərk ediblər... Bir sevdaya tutulanda hara qədər gedəcəyini düşünmür insan, yox, əslində düşünə bilmir. Unudulmaq, adiləşmək istəməsək də bu baş verir. Hay-küylə, həyəcanla, dəli bir sevgiylə həyatımıza girən qadınlar, günün birində də sakitcə, dərin bir iz buraxaraq çəkilib gedir və yadlaşır. Bitməməyini istədiyimiz gözəl bir film kimi bütün sevgilər də bir gün sona çatır. Əbədi sevginin varlığına inamımı çoxdan itirmişəm... İstədim ki, hər gün sevdalanım, hər gün sevmək istədiyim biri olsun. Bir az çətin, bir az imkansız, bir az da əlçatmaz... İmkansız deyəndə ağlınıza ilk gələn “kasıb” oldu, bilirəm. Amma canımüçün mən “mümkünsüz” demək istəyirdim. Xəyallarımda olmayan sevgini göyün yeddinci qatına qaldırdım. Xoşbəxt olmaq üçün ağına-bozuna baxmadan, bəzən də kor-koranə mübarizə apardım. Bəzən bir təbəssüm belə məni yolumdan azdırdı. Xoşbəxt olmaq üçün imkansız sevdaların arxasınca düşdüm. Başqasının səadətinə əl uzatdım, sevgisini, ümidini oğurladım. Film dadında bir sevgi əsib keçdi həyatımdan... Ssenarisini kimin yazdığını bilmədiyim kədərli bir filmdə sınadım özümü. Əslində fərqinə varmadan həyatın verdiyi rolu oynadım. Günlərin bir günü başqasının səadətimə göz dikəcəyini, ümidimi oğurlayacağını bütün ruhumla hiss edəedə xəyanətdən bəhs edən sevgi filmində baş rol ifaçısının tərəf-müqabili oldum...
Другие Электронные книги
Bestseller
Ümumi Kataloq
Dünya Klassikləri,Ümumi Kataloq
Müəllifin Yazmış olduğu "Malavarın hekayəsi" adlı hekayə Sovet dövründə, kiçik bir kənddə yaşayan Bəşirin həyatından bəhs edir. Olduqca maraqlı, axıcı təhkiyə ilə yazılan "Malavarın hekayəsi" oxucular tərəfindən də bəyəniləcəkdir.
Əsər tanınmış vəkil, 2015-ci ildə ağır xəstəlikdən vaxtsız dünyasını dəyişmiş Elton Quliyevin xatirəsinə ithaf olunub
ROMAN
Qatilin izi ilə Povesti detektiv janrda yazılıb. Kitabda iki nakam sevgili, Ruhin və Leyladan bəhs olunur. Həmdə, hüquq mühafizə orqanlarının böyük bir cinayətkar dəstəni aşkar edib, zərərsizləşdirilməsindən.
ROMAN
DÜNYA ƏDƏBİYYATI
ROMAN
KRİMİNAL TRİLLER
ROMAN
ROMAN
Dünya Ədəiyyatı
ROMAN
DÜNYA ƏDƏBİYYATI
DÜNYA ƏDƏBİYYATI
DÜNYA ƏDƏBİYYATI
DÜNYA ƏDƏBİYYATI
DÜNYA ƏDƏBİYYATI
MÜASİR ƏDƏBİYYAT
РОМАН
РОМАН-ДЕТЕКТИВ
Повесть-ДЕТЕКТИВ
Перевод с турецкого В. Феоновой и С. Сверчевской под редакцией М. Малышева
DEDEKTİV-ROMAN
HEKAYƏ