"Aleksandr Düma" Qafqaz səfəri
DÜNYA ƏDƏBİYYATI
Информация о книге
Aleksandr Düma (1802-1870) – dünya şöhrətli fransız yazıçısı, “Qraf Monte Kristo”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq” və s. bu kimi məşhur əsərlərin müəllifidir. Həmin əsərlər demək olar ki, bütün dünya dillərinə tərcümə edilərək, nəşr olunmuş, ən tanınmış rejissorlar tərəfindən dəfələrlə ekranlaşdırılmışdır. A. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar jurnalist kimi də tanınır.
Səyahət etməyi çox sevən A. Düma 1858-ci ilin ikinci yarısından 1859-cu ilin əvvəlinə qədər Rusiya imperiyası ərazisində, o cümlədən Qafqazda olmuşdur. Səyahətinə Peterburqdan başlayan A. Düma daha sonra Moskva, Qazan, Saratov və Həştərxandan keçməklə Qafqaza gəlmiş, burada bir sıra Azərbaycan şəhərlərində, o cümlədən Dərbənd, Quba, Bakı, Şamaxı və Nuxada olmuşdur. A. Düma Nuxadan Tiflisə gedərək, oradan da Potiyə gəlmişdir. O, Potidən gəmi ilə İstambula, oradan da Marselə getmişdir. Yazıçı vətənə döndükdən sonra Azərbaycanla bağlı “Qafqaz səfəri” əsərini yazaraq nəşr etdirmişdir. Bu əsər 1859-cu ildə Parisdə fransızca, 1861-ci ildə Tiflisdə rusca, 1962-ci ildə Nyu-Yorkda ingiliszə çap olunmuşdur.
“Qafqaz səfəri” əsərinin fransızca ilk nəşrində A. Dümanı səfər zamanı müşayiət etmiş rəssam Moynenin çəkdiyi çoxsaylı şəkillərin reproduksiyaları verilmişdir. “Qafqaz səfəri” əsəri ümumilikdə 68 fəsildən ibarətdir. Bunlardan 30-u Gürcüstana, bir neçəsi Dağıstana, qalan hissəsi isə Azərbaycana həsr olunmuşdur.
Yazıçı həmçinin əsərin Azərbaycana aid olmayan hissələrində də tez-tez ölkəmizdən və xalqımızdan söz açır. Biz sizə “Qafqaz səfəri” əsərinin yalnız Azərbaycana aid olan hissəsini təqdim edirik.
Qeyd: A. Düma bütün əsər boyu azərbaycanlıları XIX əsrdə işlənən terminə əsasən tatar adlandırmışdır. Sizə təqdim olunan mətndə həmin sözlər azərbaycanlı şəklində işlənmişdir.
Другие Электронные книги
Bestseller
Ümumi Kataloq
Dünya Klassikləri,Ümumi Kataloq
Müəllifin Yazmış olduğu "Malavarın hekayəsi" adlı hekayə Sovet dövründə, kiçik bir kənddə yaşayan Bəşirin həyatından bəhs edir. Olduqca maraqlı, axıcı təhkiyə ilə yazılan "Malavarın hekayəsi" oxucular tərəfindən də bəyəniləcəkdir.
Əsər tanınmış vəkil, 2015-ci ildə ağır xəstəlikdən vaxtsız dünyasını dəyişmiş Elton Quliyevin xatirəsinə ithaf olunub
ROMAN
18+
Qatilin izi ilə Povesti detektiv janrda yazılıb. Kitabda iki nakam sevgili, Ruhin və Leyladan bəhs olunur. Həmdə, hüquq mühafizə orqanlarının böyük bir cinayətkar dəstəni aşkar edib, zərərsizləşdirilməsindən.
ROMAN
DÜNYA ƏDƏBİYYATI
ROMAN
KRİMİNAL TRİLLER
ROMAN
ROMAN
Dünya Ədəiyyatı
ROMAN
DÜNYA ƏDƏBİYYATI
DÜNYA ƏDƏBİYYATI
DÜNYA ƏDƏBİYYATI
DÜNYA ƏDƏBİYYATI
MÜASİR ƏDƏBİYYAT
РОМАН
РОМАН-ДЕТЕКТИВ
Повесть-ДЕТЕКТИВ
Перевод с турецкого В. Феоновой и С. Сверчевской под редакцией М. Малышева
DEDEKTİV-ROMAN
HEKAYƏ