Yaşar Bünyad - İblis busəsi


Yaşar Bünyad - İblis busəsi

Kitab haqqında məlumat

Yaşar Bünyadın “İblis busəsi” romanının mövzusu təlatümlü 80-90-cı il hadisələrinə və bu ağır dövrün min cür məhrumiyyətlərlə üzləşmiş talesiz insanlarına həsr olunub. Əsərin qəhrəmanı Rüfət üzləşdiyi əzablara qatlaşa bilməyərək Rusiyaya üz tutur. Yenicə dağılmış SSRİ-nin uçuqları altında qalan Rusiyada vəziyyət bütün possovet respublikalarındakının eynidir – xaos, diktatura, gücün və pulun hakimiyyəti, mənəvi dəyərlərin aşınması, hər şeyin, o cümlədən insan həyatının hərraca qoyulması... Rüfətin həm fiziki cəhətdən güclü olması, həm də genlə və kodla gələn bir sıra insani keyfiyyətləri belə onun bu çirkablar və cinayət çetesinə bulaşmasına mane ola bilmir. Əsər maraqlı hadisələr və gözlənilməz sonluqlarla zəngin olduğundan oxucunu buraxmır.

 

Mühacirət ədəbiyyatının iki dalğası yaxşı bəllidir: 1920-ci ildə qırmızı imperiyanın müstəqil ölkəmizi işğal etiyi zaman mühacirətə gedənlərin Avropada yaratdıqları və faşist Almaniyasının əsir götürdüyü adamların Azərbaycana qayıda bilməməsindən sonra yaranan ədəbiyyat. Üçüncü dalğa isə 20-ci əsrin sonunda müstəqillikdən sonra zor-xoş ölkəmizi tərk edənlərin dünyanın çeşidli ölkələrinə səpələnməsi zamanı onların içərisindən yetişməsi ilə başladı. Bu dəfə Rusiyadad da ədəbiyyatımılzı təmsil edənlər meydana atıldılar. Onların içərisində ən maraqlı qələm təcrübələri ilə diqqətimi çəkənlərdən biri istedadlı nasir Yaşar Bünyaddır. Yaşar Bünyadın əvvəllər bir neçə hekayəsini oxumuşdum. Həmin hekayələrdə elə Yaşar bəyin özü kimi çörək dalıncan Rusiyaya üz tutmuş, orada min bir əziyyətlərə qtlaşan soydaşlarımızın obrazı boy verirdi. (Elə buradaca qeyd edim ki, MÜHACİRƏT ƏDƏBİYYATI anlayışı ilə bərabər, həm də MÜHACİRLƏRİN HƏYATINDAN BƏHS EDƏN ƏDƏBİYYAT anlayışı da mövcuddur ki, Yaşar Bünyadın qələmə aldığı bədii nümunələr bu barədə də söz açmağa kifayət qədər material verə bilir. ) Sonralar Yaşar Bünyad mənim baş redaktoru olduğum “Yazı”ya da öz hekayələrini göndərdi və onun qələm təcrübələrini redəktə edib çap edərkən bir şeyə əmin oldum: nəsrimizə bənzərsiz bir nasir gəlir – ütüsüz, bir qədər pırpıtraqlı cümlələri ilə də olsa, yeni nəfəsili, yeni yanaşma tərzinə malik və xüsusilə də (bu sonuncu çox mühüm amildir) özünün xüsusi mövzuları və zəngin yazı materialı olan nasir! Yaşar Bünyadın bir qədər çəkinə-çəkinə “Yazı”ya göndərdiyi ən son əsər isə “İblis busəsi” romanı idi. Açığı mən özüm də romanı bir qədər ehtiyatla oxudum. Həmişə hekayələri ilə 4tanıdığım adamın birdən-biri kifayət qədər iri həcmli bir əsər qələmə alması məni bir qədr təəccübləndirmişdi. Mətni birnəfəsə oxuyub bitirəndən sonra çox sevindim: müəllif çox ağır bir mövzunun öhdəsindən ustalıqla gəlmiş, onun bədii həllinə nail ola bilmişdi. Və beləcə, romanı dərgidə hissə-hissə oxuculara təqdim etməyə başladıq. Nədən bəhs edir “İblis busəsi”? Romanının mövzusu təlatümlü 80-90-cı illərin hadisələrinə və bu ağır dövrün min cür məhrumiyyətlərlə üzləşmiş talesiz insanlarına həsr olunub. Əsərin qəhrəmanı Rüfət üzləşdiyi əzablara qatlaşa bilməyərək Rusiyaya üz tutur. Yenicə dağılmış SSRİ-nin uçuqları altında qalan Rusiyadakı vəziyyət bütün possovet məkanındakının eynidir – xaos, diktatura, gücün və pulun hakimiyyəti, mənəvi dəyərlərin aşınması, hər şeyin, o cümlədən insan həyatının hərraca qoyulması... Sevgisini, ailəsini itirmiş Rüfət heç olmasa Vətənini itirmək istəmir – artıq onun doğulduğu torpaqda müharibə gedir axı! Ona görə də yollandığı Rusiyadan qayıdaraq Qarabağa döyüşməyə gedir. (80-ci illərdə Əfqanıstan müharibəsində iştirak etməsi ona döyüş sirlərini aşılaya bilmişdi və bu bacarığından düşmənə qarşı mübarizədə istifadə etmək qərarına gəlir. ) Nə yazıqlar ki, burada da hiyləgər və nadürüst adamların kələyi ilə üzləşir. Döyüş zamanı vətənpərvər oğlanları ən ağır nöqtəyə göndərsələr də, arxalarınca kömək getmir, mühasirəyə düşüb ölümlə üz-üzə qalırlar...

 Yükləməyə Keç

Digər elektron kitablar

Corc Oruell-1984
Corc Oruell-1984

Bestseller
Ümumi Kataloq

Etel Lilian Voyniç - Ovod
Etel Lilian Voyniç - Ovod

Dünya Klassikləri,Ümumi Kataloq

İbrahim Sabiroğlu- PLANLI ÖLÜM
İbrahim Sabiroğlu- PLANLI ÖLÜM

Amid Səlimoğlu - Malavarın hekayəsi
Amid Səlimoğlu - Malavarın hekayəsi

Müəllifin Yazmış olduğu "Malavarın hekayəsi" adlı hekayə Sovet dövründə, kiçik bir kənddə yaşayan Bəşirin həyatından bəhs edir. Olduqca maraqlı, axıcı təhkiyə ilə yazılan "Malavarın hekayəsi" oxucular tərəfindən də bəyəniləcəkdir.

Elmar Şahbazov - Cənnətin Ətri
Elmar Şahbazov - Cənnətin Ətri

İntiqam Əliyev - ƏCLAFIN ÖLÜMÜ
İntiqam Əliyev - ƏCLAFIN ÖLÜMÜ

Əsər tanınmış vəkil, 2015-ci ildə ağır xəstəlikdən vaxtsız dünyasını dəyişmiş Elton Quliyevin xatirəsinə ithaf olunub

Emin Abdullayev- HƏRBİDƏN QEYDLƏR
Emin Abdullayev- HƏRBİDƏN QEYDLƏR

İlham Əliyev - İncə Dərəsi
İlham Əliyev - İncə Dərəsi

ROMAN

Şəmil Sadiq -OdƏrlər
Şəmil Sadiq -OdƏrlər

Cəlil Cavanşir-Qadın Corabları
Cəlil Cavanşir-Qadın Corabları

18+

Ramiz Abbaslı-Ad oğrusunun adı
Ramiz Abbaslı-Ad oğrusunun adı

İbrahim Samiroğlu-Qatilin izi ilə
İbrahim Samiroğlu-Qatilin izi ilə

Qatilin izi ilə Povesti detektiv janrda yazılıb. Kitabda iki nakam sevgili, Ruhin və Leyladan bəhs olunur. Həmdə, hüquq mühafizə orqanlarının böyük bir cinayətkar dəstəni aşkar edib, zərərsizləşdirilməsindən.

Elmar Şahbazov - Otaq Yoldaşım Pinti
Elmar Şahbazov - Otaq Yoldaşım Pinti

Tural Sahab - Ləman
Tural Sahab - Ləman

ROMAN

Stefan Zweig - Bir Qadının həyatından iyirmi dörd saat
Stefan Zweig - Bir Qadının həyatından iyirmi dörd saat

DÜNYA ƏDƏBİYYATI

Amid Səlimoğlu - 44 gün
Amid Səlimoğlu - 44 gün

ROMAN

Fərid Hüseynli - Nömrə Birlər
Fərid Hüseynli - Nömrə Birlər

KRİMİNAL TRİLLER

Amal Əliyev - Donor
Amal Əliyev - Donor

ROMAN

Elxan Elatlı "QAN  LƏKƏSİ"
Elxan Elatlı "QAN LƏKƏSİ"

ROMAN

Cek London- "AĞ DİŞ"
Cek London- "AĞ DİŞ"

Dünya Ədəiyyatı

Xalid Hüseyni - "Çərpələng uçuran"
Xalid Hüseyni - "Çərpələng uçuran"

ROMAN

Çovdarlıqda uçurumdan qoruyan, C. D. Selincer
Çovdarlıqda uçurumdan qoruyan, C. D. Selincer

DÜNYA ƏDƏBİYYATI

Əcəl zəngi. Ernest Heminquey
Əcəl zəngi. Ernest Heminquey

DÜNYA ƏDƏBİYYATI

VƏ DAĞLARDAN SƏDA GƏLDİ - Xalid Hüseyni
VƏ DAĞLARDAN SƏDA GƏLDİ - Xalid Hüseyni

DÜNYA ƏDƏBİYYATI

"Balaca şahzadə" Antuan de Sent-Ekzüperi
"Balaca şahzadə" Antuan de Sent-Ekzüperi

DÜNYA ƏDƏBİYYATI

Aleksandr Düma. Qafqaz səfəri
Aleksandr Düma. Qafqaz səfəri

DÜNYA ƏDƏBİYYATI

Эдуард Веркин -Через сто лет
Эдуард Веркин -Через сто лет

Джо Мено-СДЕЛАЙ  ПОГРОМЧЕ
Джо Мено-СДЕЛАЙ ПОГРОМЧЕ

SİRLİ SƏNƏD- İBRAHİM SAMİROĞLU
SİRLİ SƏNƏD- İBRAHİM SAMİROĞLU

MÜASİR ƏDƏBİYYAT

ŞƏRİF AĞALAR - KOMANDİR
ŞƏRİF AĞALAR - KOMANDİR

Эндрю Гросс-Часы тьмы
Эндрю Гросс-Часы тьмы

РОМАН

Ли Чайлд-Ловушка
Ли Чайлд-Ловушка

РОМАН-ДЕТЕКТИВ

Виктор Георгиевич Егоров-Заговор против «Эврики»
Виктор Георгиевич Егоров-Заговор против «Эврики»

Повесть-ДЕТЕКТИВ

Азиз Несин-Король футбола
Азиз Несин-Король футбола

Перевод с турецкого В. Феоновой и С. Сверчевской под редакцией М. Малышева

Xano X-dan Sonra
Xano X-dan Sonra

ANTON ÇEXOV- 6 NÖMRƏLİ PALATA
ANTON ÇEXOV- 6 NÖMRƏLİ PALATA

Gabriel Garcia Margues- "Palkovnikə məktub yoxdur"
Gabriel Garcia Margues- "Palkovnikə məktub yoxdur"

Rövşən Yerfi- QADIN DÜŞƏRGƏSİ
Rövşən Yerfi- QADIN DÜŞƏRGƏSİ

Elxan Elatlı-O GECƏ YAĞIŞ YAĞIRDI
Elxan Elatlı-O GECƏ YAĞIŞ YAĞIRDI

Elxan Elatlı-PƏNCƏRƏDƏ GÖRÜNƏN KÖLGƏ
Elxan Elatlı-PƏNCƏRƏDƏ GÖRÜNƏN KÖLGƏ

Qurban Səid- "Əli və Nino"
Qurban Səid- "Əli və Nino"

DEDEKTİV-ROMAN

Franz Kafka- Atama məktub
Franz Kafka- Atama məktub

HEKAYƏ

Franz KAFKA-Məhkəmə
Franz KAFKA-Məhkəmə

Asim Arazlı-Tənhalıq mənim dostumdur
Asim Arazlı-Tənhalıq mənim dostumdur

Aqata Kristi-Selmiş Əsərləri
Aqata Kristi-Selmiş Əsərləri

QƏHRƏMANLIQ NÜMUNƏSİ -Simuzər Ağakişiyeva
QƏHRƏMANLIQ NÜMUNƏSİ -Simuzər Ağakişiyeva