Ernest Heminquey- Yağış altındakı pişik


Ernest Heminquey- Yağış altındakı pişik

Информация о книге

Tərcümə: Rüfət Əhmədzadə

Oteldə qalanlar arasında cəmi iki amerikalı var idi. Öz nömrələrinə qalxıb-enərkən, pilləkənlərdə rastlaşdıqları adamlardan heç kimi tanımırdılar. Qaldıqları otaq ikinci mərtəbədə yerləşirdi və buradan dənizə mənzərə açılırdı.

Həmçinin, pəncərədən baxarkən, ictimai bağ və müharibə qurbanları üçün ucaldılan abidə də görünürdü. Bağda hündür palma ağacları və yaşıl skamyalar var idi. Hava yaxşı olanda, molbertini açmış rəssam da həmişə bu bağda olardı. Rəssam palmaların hündürlüyündən, dənizə və bağlara baxan otellərin parlaq rənglərindən xoşlanardı.

İltalyanlar müharibə abidəsinə tamaşa etmək üçün uzun yol qət etmişdilər. Abidə bürüncdən hazırlanmış və yağış altında bərq vururdu.

Yağış yağır, damlalar palma yarpaqlarından süzülürdü. Çınqıl cığırlarda gölməçələr yaranmışdı. Yağış altında dəniz dalğaları uzun zolaq şəklində sahilə çırpılır, geri çəkilir və yenidən sahilə doğru hücuma keçirdilər. Abidənin ətrafındakı meydanda bircə avtomobil belə qalmamışdı. Meydanla üzbəüz kafenin ofisiantı qapının ağzında duraraq, nəzərlərini boşalmış meydana zilləmişdi.

Amerikalı qadın pəncərənin qarşısında durub çölə baxırdı. Düz bu otağın pəncərəsindən aşağıda, yağış damcılayan yaşıl masanın altına bir pişik sığınmışdı. O, yumaq kimi büzüşərək, yağış damcılarından mümkün qədər qorunmağa çalışırdı.

– Mən düşüm, o balaca pişiyi bura gətirim, – qadın dedi.

– Mən gətirərəm, – əri çarpayıdan hay verdi.

– Yox, özüm gedərəm. Yazıq pişik! Stolun altında büzüşüb qalıb, – deyə amerikalı qadın qapıya yönəldi.

Əri onu saxlamadı, çarpayının ayaq tərəfində yarıuzanmış vəziyyətdə, hər iki yastığa söykənərək, kitab oxumağa davam etdi.

– Muğayat ol, islanmayasan! – qadın otaqdan çıxarkən, əri onun arxasınca səsləndi..

Qadın pilləkənlərlə aşağı düşdü. Otelin sahibi qadını görən kimi, onu başı ilə salamladı. Onun masası vestibülün uzaq küncündə yerləşirdi. Hündürboy, yaşlı bir kişi idi.

– Yağış yağır, – qadın dedi. Mehmanxana sahibindən xoşu gəlirdi.

– Bəli, bəli, xanım. Çox pis havadır…

Kişi alaqaranlıq otağın sonundakı masanın arxasında dayanmışdı. Qadın ondan xoşlanırdı. Onun bütün şikayətləri dinlərkən göstərdiyi qeyri-adi ciddiliyindən, amerikalı qadına nəzakətlə davranaraq hər işinə yaramağa çalışmasından xoşu gəlirdi. Əzəmətindən, yaşlı sərt üzündən və iri əllərindən xoşu gəlirdi.

Elə kişidən nə qədər xoşlandığını düşünədüşünə, qadın qapını açıb küçəyə çıxdı. Yağış daha da güclənmişdi. Boş meydanla rezin plaş geymiş bir kişi kafeyə sarı gedirdi. Pişik hardasa buralarda, sağ tərəfdə olmalı idi. Bəlkə, islanmamaq üçün yol qırağı getmək mümkün olardı. Qadın astanada dayanarkən, birdən, başı üstündə çətir açıldı. Çönəndə otaqlarına qulluq edən xadiməni tanıdı. Arxada onların otağını təmizləyən xadimə durmuşdu.

– İslanmamağınız üçün, – italyanca deyib gülümsədi. Şübhəsiz ki, onu otel sahibi göndərmişdi. Çətiri tutan xadimə ilə birgə bir az getdikdən sonra, pəncərələrinin altına çatdılar. Stol oradaydı, yağış da stolu yaxşıca yuduğundan, yaşıl rəng bir başqa gözəl görünürdü. Amma pişikdən əsər-əlamət yox idi. Yaman dilxor oldu.

– Nəsə itirmisiniz xanım?

– Burda pişik olmalı idi, – amerikalı qadın dedi.

– Pişik?

– Bəli, pişik.

– Pişik? Xadimə güldü. – Yağış altında pişik?

– Bəli, – amerikalı qadın cavab verdi, – stolun altında. Elə istəyirdim ki… Mən o pişiyi istəyirdim.

Qadın ingilis dilində danışarkən, xadimənin üzü tarım çəkilmişdi.

– Gəlin, sinyora, – o, dedi. – İçəri qayıtmalısınız. İslanacaqsınız. Nəsə itirmisiniz, xanım?

Bəli, pişik.

– Düz deyirsən, amerikalı qız bir anlıq düşündü, – qayıdaq.

Onlar çınqıllı yol boyu geri qayıdıb içəri girdilər. Xadimə arxada qalıb çətiri bağladı. Qız içəri daxil olan kimi sahibkar masanın arxasından xəfifcə başını tərpətdi. Qızın içində anlaşılmaz hisslər oyandı. Padrone ona özünü həm balaca, həm də vacib hiss etdirirdi. Bir anlıq o, özünü tamamilə əhəmiyyətli biri kimi gördü. Pillələrlə yuxarı qalxdı. Qapını açdı. Georg yataqdaydı, hələ də kitab oxuyurdu.

– Pişiyi gətirdin? – kitabı bağlayaraq soruşdu.

– Yox idi, tapa bilmədim.

– Görəsən hara getmiş olar?! – əri gözlərinə istirahət verib soruşdu.

Qadın çarpayıda əyləşdi.

– Çox istərdim mənim olsun. Heç özüm də bilmirəm ki, niyə bu qədər çox istəyirəm. Yazığın bu yağışda çöldə olması heç yaxşı deyil. Corc yenidən oxumağa başladı.

Qadın çarpayıdan qalxıb bəzək stolunun arxasında oturdu. Əl güzgüsündə özünü süzdü, güzgüdəki simasına uzun uzadı baxdı. Sonra başının və boynunun arxasını nəzərdən keçirdi.

– Saçımı uzatsam, necə olar, nə düşünürsən? – yenidən güzgüyə baxıb, ərindən soruşdu.

Corc onun oğlansayaq kəsilmiş qısa saçlarına baxdı.

– Belə də xoşuma gəlirsən.

– Artıq yorulmuşam, – qadın dedi, – oğlan kimi görünməkdən yorulmuşam.

Corc yataqdakı vəziyyətini dəyişdi. Yoldaşı danışmağa başlayandan bəri, gözünü çəkmədən ona baxırdı:

– Sən çox gözəlsən.

Qadın pəncərədən çölə baxdı, artıq qaranlıq çökməkdə idi.

– Saçımı uzatmaq istəyirəm, darayıb arxadan yığmaq, onların küləkdə dalğalanmasını hiss etmək… Bir pişik istəyirəm, dizimdə otuzdurum, mən sığalladıqdca, o da mırıldasın.

– Doğrudan? – Corc elə yerindəcə cavab verdi.

– Bir də ki, öz masamın arxasında oturmaq istəyirəm, üstündə gümüş dəst olsun.. Hə, masanın üstündə şamlar yansın. İstəyirəm ki, yaz gəlsin, sonra əlimi boynumun arxasına vuranda saçımın uzun olduğunu bilmək istəyirəm. Bir də, pişik və yeni paltarlar…

– Bəsdir, bir kitab götür oxu, – Corc bunu deyərək, oxumağa davam etdi. Yağış hələ də palmaların yarpaqlarını döyəcləyirdi.

– Nə olur-olsun, mən pişik istəyirəm. İstəyirəm. Bax, elə indicə… Uzun saçım, ya da məşğuliyyətim yoxdursa, pişiyim mütləq olmalıdır.

Corc daha ona qulaq asmırdı. Onun başı kitab oxumağa qarışmışdı. Qadın isə pəncərənin qarşısında duraraq, gözlərini meydandan gələn işığa zilləmişdi. Birdən, qapı döyüldü.

– Buyurun. – Georg başını qaldırıb səsləndi.

Xadimə qapının ağzında dayandı. Qucağında qara-qəhvəyi rəngli pişik vardı və qucağından sürüşüb düşməmək üçün, onu bərkbərk özünə sıxmışdı.

– Bağışlayın, – dedi. – Padrone bunu Sinyora üçün göndərib.

Другие aудиокниги

Rövşən Abdullaoğlu- Relslər üzərinə uzanmış adam
Rövşən Abdullaoğlu- Relslər üzərinə uzanmış adam

Rövşən Abdullaoğlunun 2017-ci ildə nəşr edilmiş psixoloji romanı

Sapiens- Bəşəriyyətin Qısa Tarixi
Sapiens- Bəşəriyyətin Qısa Tarixi

Bəşəriyyətin qısa tarixi, qədim insan növlərinin təkamülünə həsr olunub

"GÜLMƏLİ ADAMIN YUXUSU"-Fyodr Dostoyevski
"GÜLMƏLİ ADAMIN YUXUSU"-Fyodr Dostoyevski

Çingiz Abdullayev - "GÖY MƏLƏKLƏR"
Çingiz Abdullayev - "GÖY MƏLƏKLƏR"

Azərbaycan Milli Kitabxanası-tərcümə edən E. Cəfərov

Guy de Maupassant - Ay Işığı
Guy de Maupassant - Ay Işığı

CƏLİL MƏMMƏDQULUZADƏ "DANABAŞ KƏNDİNİN ƏHVALATLARI"
CƏLİL MƏMMƏDQULUZADƏ "DANABAŞ KƏNDİNİN ƏHVALATLARI"

KLASİKA

L. TOLSTOY -ANNA KORENİNA
L. TOLSTOY -ANNA KORENİNA

DÜNYA KLASİK ƏSƏRLƏRİ

Поцелуй феи -Чингиз Абдуллаев
Поцелуй феи -Чингиз Абдуллаев

Den Braun-Mələklər və İblislər
Den Braun-Mələklər və İblislər

DÜNYA ƏDƏBİYYATI

QURANİ-KƏRİM
QURANİ-KƏRİM

AZƏRBAYCAN DİLİNDƏ ANLAMI

İSMAYIL ŞIXLI -DƏLİ KÜR
İSMAYIL ŞIXLI -DƏLİ KÜR

KLASİKA

STİVEN KİNQ -CƏHƏNNƏM PİŞİYİ
STİVEN KİNQ -CƏHƏNNƏM PİŞİYİ

DÜNYA ƏDƏBİYYATI

RONDA BERN - SİRR
RONDA BERN - SİRR

DÜNYA MÜASİR ƏDƏBİYYATI TƏRCÜMƏ: A. ƏLİQIZI

HERMAN HESSE- AVROPALI
HERMAN HESSE- AVROPALI

DÜNYA ƏDƏBİYYATI

İSİ MƏLİKZADƏ-OĞUL
İSİ MƏLİKZADƏ-OĞUL

KİÇİK İBRƏTAMİZ HEKAYƏ

БЕМБИ
БЕМБИ

ДЛЯ ДЕТЕЙ

Алан Мил-ВИННИ ПУХ
Алан Мил-ВИННИ ПУХ

ДЛЯ ДЕТЕЙ

Дюричкова Мария - Братец из тыквы
Дюричкова Мария - Братец из тыквы

ДЛЯ ДЕТЕЙ

Джонатан Свифт - Гулливер в стране лилипутов
Джонатан Свифт - Гулливер в стране лилипутов

ДЛЯ ДЕТЕЙ

«Кентервильское привидение»- ОСКАР УАЙЛЬД
«Кентервильское привидение»- ОСКАР УАЙЛЬД

ДЛЯ ДЕТЕЙ

Одоевский В. Ф - "Мороз Иванович"
Одоевский В. Ф - "Мороз Иванович"

ДЛЯ ДЕТЕЙ

Юрий Фридман -«Приключения поросенка Фунтика»
Юрий Фридман -«Приключения поросенка Фунтика»

ДЛЯ ДЕТЕЙ

Yusif Vəzir Çəmənzəminli-İKİ OD ARASINDA
Yusif Vəzir Çəmənzəminli-İKİ OD ARASINDA

KLASİKA

ANTON ÇEXOV "EVDƏ"
ANTON ÇEXOV "EVDƏ"

DÜNYA ƏDƏBİYYATI

A.S.PUŞKİN " YEVGENİY ONEGİN"
A.S.PUŞKİN " YEVGENİY ONEGİN"

DÜNYA ƏDƏBİYYAT İNCİSİ

Əlif Şəfəq "EŞQ"
Əlif Şəfəq "EŞQ"

DÜNYA ƏDƏBİYYATI

Xalid Hüseyni Çərpələng Uçuran
Xalid Hüseyni Çərpələng Uçuran

Fyodor Dostoyevski-Qumarbaz (roman)
Fyodor Dostoyevski-Qumarbaz (roman)

OŞO -SADƏCƏ ÖZÜN OL
OŞO -SADƏCƏ ÖZÜN OL

Nurəddin Məmmədli-Gözlərində yaşamaq istəyərdim
Nurəddin Məmmədli-Gözlərində yaşamaq istəyərdim

Александр Куприн - Барбос и Жулька
Александр Куприн - Барбос и Жулька

ДЛЯ ДЕТЕЙ

Баба Яга-Русская народная сказка
Баба Яга-Русская народная сказка

ДЛЯ ДЕТЕЙ

Ədəbiyyat Fənni Üzrə Test Toplusu
Ədəbiyyat Fənni Üzrə Test Toplusu

Test toplusu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi Qayğıya Ehtiyacı Olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin təşəbbüsü ilə “Görmə imkanları məhdud şəxslər ( və ya uşaqlar) üçün müyəssər formatlı nəşrlərin hazırlanması” layihəsi çərçivəsində görmə üzrə əlilliyi olan şəxslər üçün hazırlanmışdır.

Frans  Kafka - Çevrilmə
Frans Kafka - Çevrilmə

Arçibald Kronin-Qala
Arçibald Kronin-Qala